burdan siz gta san andreas haqqinda hersey tapa bilersiz
Grand Theft Auto: San Andreas — Rockstar North tərəfindən hazırlanan, Rockstar Games tərəfindən paylanan Grand Theft Auto seriyasının bir hissəsidir. Oyunun 2002-ci ildə GTA 3-ün PC versiyası üçün bazara çıxarıldıqdan bir neçə gün sonra PlayStation 2, PC və Xbox versiyaları üçün bazara çıxarılacağı bildirildi. Oyun PlayStation 2 konsolu üçün 25 Oktyabr 2004-cü ildə Şimali Amerikada, 28 Oktyabr 2004-cü ildə Avropada və 2 dekabr 2004-cü ildə Avstraliyada satışa çıxarılmışdır. Oyunun çıxış tarixi Yaponiyada 9 Noyabr 2006 qərarlaşdırılmışdır. Oyunun Xbox versiyası Şimali Amerikada 25 Oktyabr 2004-cü ildə, Avropada isə 29 Oktyabr 2004-cü ildə satışa çıxarılmışdır. Windows versiyası isə Şimali Amerikada 7 İyun 2005-ci il, Avropada isə 10 iyun 2005-ci ildə satışa təqdim edilmişdir. Grand Theft Auto: San Andreas Spike TV Video Oyunlar Mükafatlarında ən yaxşı aksion-macəra, ən yaxşı xarakter performansı və ən yaxşı soundtrack adı ilə 2004-cü ilin ən yaxşı oyunu seçildi
Oyunun əsas xarakteri və baş qəhrəmanı ""Carl Johnson""-dur (qısaca olaraq - "CJ"). Oyun Carl Johnsonun 1987-ci ildə Liberty City-dən Los Santos-a qayıtması ilə başlamışdır. Hadisələr 1992-ci ildə cərəyan edir. Grove Street-dəki ailələrinin dağıldığını öyrənən CJ, əsaslı dönüşə qərar verir. CJ-in dönməsiylə birlikdə San Andreas əyalətində böyük dəyişikliklər başlayır. Grove Street ailələrinə xəyanət edən Ryder, Big Smoke kimi xarakterlər də CJ tərəfindən öldürülür. Oyunun ən böyük fərqlərindən biri obrazı inkişaf etdirmə funksiyasıdır. Müəyyən qabiliyyətləri inkişaf etdirmək, xarici görünüşünü dəyişdirmək və s. bir çox funksiyalar mövcuddur. İdman edərək əzələ yığa, saç düzümünü dəyişə, döymə vura bilərsiniz. Los Santos-da, az pul və aşağı xüsusiyyətlərlə başladığımız oyunda, zaman irəlilədikcə yeni dükanlar açaraq yeni paltarlar, yeni şəhərlər açaraq yeni yan vəzifələr əldə edə bilərik. Məsələn San Fierro şəhərini açdığımız zaman "Valet" vəzifələrini də açırıq. Bu zaman oyundakı avtomobil növü artırılmış olur. Las Venturas əls qumarxana mərkəzidir. Burda az qala hər kəs zəngindir. Bu oyun 1992-ci il Los Angeles hadisələrindan əsas almışdı
Oyunda üç əsas şəhər Los Santos, San Fierro və Las Venturas mövcuddur. Ərazisinin böyüklüyünə görə şəhərlər arasından ən böyük olanı Los Santos, ikinci Las Venturas, ən kiçik olanı isə San Fierro. Hər bir şəhərin özünəməxsus xüsusiyyəti vardır. Bütün bu hadisələr uydurma San Andreas ölkəsində cərəyan edir. Bu oyun GTA seriyalarında ərazisinin böyüklüyünə görə 2-ci yeri tutur. Burada dağlar, düzənliklər, çaylar, səhralar və dəniz mövcuddur. Həmçinin oyunda 3-ü böyük və 1-i kiçik olmaqla 4 aeroport var.
Oyunda Los Santos əsas götürülmüşdür! Bu şəhərin adı Los Angeles şəhərinin adından götürülmüşdür. Oyun Los Santos şəhərində başlayır. Los Santos şəhərinin müxtəlif bölgələri var. Bu şəhərdə cinayət nisbəti olduqca yüksəkdir. Burada əsas yer Grove Street adlı küçə götürülmüşdür. Bu şəhərdə çoxlu mağazalar, paltar dükanları, idman zalı, silah mağazaları, avto servis və s. mövcuddur. Üç şəhərin arasında müxtəlif bölgələri, hündür binaları, mənzərəli yerləri ilə seçilən ən yaxşı şəhərdir